"Vaqner" Özəl Hərbi Şirkəti və onun rəhbəri cəzalanmayacaq
Rusiyada hərbi qiyam qaldıran Yevgeni Priqojin və onun "Vaqner" qrupu barədə cinayət işinə xitam verilib
Rusiyada "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) silahlı üsyanı faktı üzrə cinayət işi bağlanıb. Bu barədə FTX-nın ictimaiyyətlə əlaqələr mərkəzini məlumat yayıb. Hesabatda qeyd olunur: “İşin istintaqı zamanı onun iştirakçılarının bilavasitə cinayət törətməyə yönəlmiş hərəkətləri dayandırdıqları müəyyən edilib”.