XƏBƏRLƏR / Qonşular

"Azərbaycanla münasibətlərimizdə sülh olacaq"

Bunu Rusiya mediasına müsahibə verən Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib

"Azərbaycanla münasibətlərimizdə sülh olacaq"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hazırda İrəvan və Moskva arasında tərəfdaşlıq münasibətləri yaranıb, Ermənistan Rusiyanın kiçik qardaşı olmaqdan çıxıb, Ermənistan prezidenti Vaaqn Xaçaturyan RTVI-ya müsahibəsində bildirib.

    Xaçaturyanın sözlərinə görə, Ermənistan hazırda bütün qonşuları ilə normal münasibətlər qurmağa çalışır.

    "Mən də əminəm ki, baş nazir (Nikol Paşinyan - ANSPress) həmişə dediyi kimi, bizim regionda, Azərbaycanla münasibətlərimizdə sülh olacaq. Eyni şey Türkiyəyə də aiddir", - Ermənistan prezidenti deyib.

    “Bizim indi Rusiya ilə tamamilə fərqli münasibətlərimiz var - həqiqətən tərəfdaşlıq münasibətləri... Rusiyanın Ermənistana münasibəti böyük və kiçik qardaş kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir.

    İrəvan istəyir ki, rusiyalı tərəfdaşlar Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə alsınlar”, - Xaçaturyan bildirib.

    Aİİ və Aİ arasında seçim məsələsinə gəlincə, Xaçaturyan qeyd edib ki, Ermənistan çoxşaxəli iqtisadiyyata malikdir və “biz heç nəyi pozmuruq”.