XƏBƏRLƏR / Qonşular

Rəcəb Tayyib Ərdoğan iyunun 3-də and içəcək

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib

Rəcəb Tayyib Ərdoğan iyunun 3-də and içəcək
R.T.Ərdoğan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yenidən Türkiyənin Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.

    Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.