İranın Azərbaycandakı Mədəniyyət Mərkəzi bağlandı
Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb
"Azad İran" telegram kanalı İranın dövlət informasiya agentliyi - İRNA-ya istinadən yazır ki, iyunun 1-də İranın Bakıdakı Mədəniyyət Mərkəzinin fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, bu ilin aprelində İran səfirliyinin 4 əməkdaşı, o cümlədən İran Mədəniyyət Mərkəzinin rəhbəri Əli Purmərcan diplomatik statusa uyğun olmayan və Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi üçün onlar 48 saat ərzində Azərbaycan ərazisini tərk ediblər.