XƏBƏRLƏR / Qonşular

Kılıçdaroğlu CHP-nin iclasını çağırdı

Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb

Kılıçdaroğlu CHP-nin iclasını çağırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Məhkəmənin qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sadərliyinə qaytarılan Kemal Kılıçdaroğlu ilk Məclis toplantısını 1 iyunda keçirməyi planlaşdırır. İclasda Mərkəzi İcra Komitəsinin (MİK) üzvləri Məclis üzvləri arasından seçiləcək və Kılıçdaroğlunun yaxın adamları arasında vəzifə bölgüsü müəyyən ediləcək.

    Bu barədə "Anadolu Agentliyi" CHP-dəki mənbəyə istinadən məlumat yayıb.

    Partiya İntizam Komitəsinin 1 iyunda keçiriləcək iclası da planlaşdırılır. İclasda partiya daxili intizam proseslərinin müzakirəsi və müxtəlif xaricetmə tələblərinin müzakirəsi gözlənilir.

    Xatırladaq ki, CHP-nin 2023-cü ildəki 38-ci qurultayında qəbul olunmuş qərar məhkəmə tərəfindən “mütləq etibarsızlıq” (“mutlak butlan") hesab edilib. Məhkəmə qərarı ilə 38-ci qurultayın CHP-yə sədr seçdiyi Özgür Özel postundan uzaqlaşdırılıb, Kemal Kılıçdaroğlu yenidən rəhbərliyə qaytarılıb.

    Mayın 24-də Özgür Özel polisin müdaxiləsilə partiya qərargahından çıxarılıb. O, tərəfdarlarına müraciətdə deyib ki, CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlar.