Şahbaz Şərif Pezeşkianın andiçməsinə gedəcək
Bu barədə Pakistan mediası məlumat yayıb

Pakistanın Baş naziri Şahbaz Şərif İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedəcək.
Bu barədə Pakistan mediası məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Baluç bildirib ki, İran tərəfi Pakistanı Prezident Pezeşkianın andiçmə mərasimində iştiraka dəvət edib.
İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani də Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edəcək.
Bağdadda yerləşən "əl-Yəvm" saytı İraq Baş nazirinin bu mərasimə rəsmi dəvət olunduğunu bildirib.
Qeyd edək ki, İranın yeni prezidenti Pezeşkianın andiçmə mərasimi iyulun 30-da Tehranda - ölkə parlamentində keçiriləcək.