Ərdoğan İraq Prezidenti Əbdüllətif Rəşidlə təkbətək görüşüb
Bu, 13 ildən sonra onun İraqa ilk rəsmi səfəridir
15:04
Bağdada rəsmi səfəri zamanı Ərdoğan əvvəlcə İraq Prezidenti Əbdüllətif Rəşidlə təkbətək görüşüb.
Bağdad sarayında keçirilən görüş mətbuata qapalı keçirilib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli seçkilərdən sonra xarici səfərlərinə başlayır.
Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq Prezidenti Əbdüllətif Rəşidlə görüşəcək. Daha sonra o, İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşəcək.
Qeyd edək ki, Prezident Ərdoğan 13 ildən sonra İraqın paytaxtı Bağdada gedir.
Səfər zamanı terrorla mübarizə, su ehtiyatlarından istifadə və təbii qaz və neftin Türkiyəyə axını daxildir.
İraqın paytaxtı Bağdad və Ərbildə prezident Rəcəb Tayyib Ərdoğanın səfəri ilə əlaqədar küçələrə Türkiyə bayraqları asılıb.