XƏBƏRLƏR / Qonşular

İranın dondurulmuş $6 mlrd.-ı blokdan çıxardığı təsdiqlənib

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb

İranın dondurulmuş $6 mlrd.-ı blokdan çıxardığı təsdiqlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian ayətullah Şübeyri Zəncani ilə görüşündə ölkənin Qətərdə dondurulmuş 6 milyard dollarının blokdan çıxarılması ilə bağlı məlumatları təsdiqləyib.

    Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

    "Həyata keçirilən proqrama uyğun olaraq, İranın Qətərdəki 12 milyard dollar məbləğində vəsaitindən 6 milyard dolları blokdan çıxarılacaq və ölkəyə daxil olacaq. Qalan vəsaitlərin qaytarılmasına gəldikdə isə, hazırda bunun üzərində iş aparılır", - Pezeşkian bildirib.

    Onun sözlərinə görə, hökumət eyni zamanda iqtisadiyyatın bərpası və əhaliyə dəstək proqramlarının icrasını davam etdirir.