XƏBƏRLƏR / Qonşular

"Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib

"Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində Azərbaycanla 2024-cü ilin sonuna qədər saziş bağlamağa hazır olduğunu bildirib.

    "Mən öz tərəfimdən hər şeyi 100% və daha çox etməyə hazıram ki, ilin sonuna qədər saziş imzalansın", - baş nazir bildirib.

    Onun fikrincə, erməni və Azərbaycan cəmiyyətləri “sovet sərhədləri daxilində olan ölkələri tanımalı və bir-birlərini sakit qoymalıdırlar” və bundan sonra iki respublika arasında münasibətlər sürətlə inkişaf etməyə başlayacaq.