Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası BİRBAŞA
Parlamentin ətrafına etirazçılar toplaşıb, polis gücləndirilmiş rejimdə işləyir
Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası noyabrın 25-i saat 12:00-a təyin edilib.
Artıq “Gürcü Arzusu”nun nümayəndələri parlament binasındadır, girişi çoxlu sayda polis qoruyur, xüsusi təyinatlılar da səfərbər olunub.
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili tərəfdarlarını “balerina rəqsini” dayandırmağa və “ölkəni qaytarmaq” üçün radikal etiraz formalarına müraciət etməyə çağırıb. Ölkənin eks-prezidenti “Gürcü arzusu” hökumətini “qondarma” adlandırıb. O, əmindir ki, əslində “Gürcü arzusu” seçkidə uduzub.
Ərazidə etirazçıların sayı artır. Onar parlamentin ilk iclasının keçirilməsinə imkan verməyəcəklərinin bəyan edirlər. Gərginlik artır.