Abdullahiyan Cənubi Qafqazdakı problemlərin həllini tapıb?
İiranın xarici işlər naziri Moskvada səfərdədir
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra bildirib ki, Cənubi Qafqazdakı məsələlər 3+3 platforması vasitəsilə həll edilməlidir.
Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər Tehranda 3+3 platformasının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər.
“Bütün tərəflər siyasi vasitələrdən istifadə etməlidir. Biz davamlı sülhə doğru getməliyik ki, regionda iqtisadi imkanlar çiçəklənsin”.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiya xarici işlər naziri ilə birgə mətbuat konfransında Ermənistan-Azərbaycan nizamlanmasına toxunub.
“Tehran geosiyasi vəziyyətdə istənilən dəyişikliyi hər hansı əsaslandırma ilə rədd edir: dialoq və siyasi nizamlanma yolu ilə sülh və sabitliyə doğru irəliləmək lazımdır. Cənubi Qafqazda təhlükəsizlik bir çox başqa məsələlərlə bağlıdır və regionun iqtisadi imkanlarının çiçəklənməsinə töhfə verir”.