Ermənistanda ağır cinayətlərin sayı durmadan artir
Bu barədə ölkənin daxili işlər naziri Bahe Qazaryan məlumat verib

Ermənistanda qətllərin 80%-i məişət zəminində baş verib, daxili işlər naziri Vahe Qazaryan ölkədə kriminal vəziyyətlə bağlı parlament dinləmələri zamanı bildirib.
Onun sözlərinə görə ölkədə törədilən ağır cinayyətlərin sayı get-gedə artır.
Belə ki, əsas cinayətlər arasında adam öldürmə halları daha tez-tez baş verib: orta hesabla - 12,1% artıb,
- adam öldürməyə cəhddə artım 18,4%,
- qanunsuz silah dövriyyəsində artım - orta hesabla 15,6%,
- yol hərəkəti qaydalarının pozulması - 13,9% artıb,
- narkotik vasitələrin qanunsuz dövriyyəsi – 46,6% artıb.
Daxili işlər naziri bildirib ki, 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb.