Ermənistanda 30-dan çox etirazçı saxlanılıb
Polis İcevandan Kirantsa gedən yolu bağlayıb
Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndində Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən sakinlər yolu bağlayıblar.
Hadisə yerinə cəlb olunan polislər 31 etirazçını saxlayıb.
Sözügedən şəxslər “polisin qanuni tələblərinə itaət etməmək” maddəsi üzrə saxlanılıblar.
Polis İcevandan Kirantsa gedən yolu bağlayıb.
Bununla yanaşı, jurnalistlərin kəndə girişinə qadağa qoyulub.