XƏBƏRLƏR / Qonşular

İticket.az ləğv edilmiş tədbirlərin siyahısını dərc edib

Azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanlarının zorakılığına etiraz olaraq Rusiyanın mədəniyyət tədbirləri ləğv edilib

İticket.az ləğv edilmiş tədbirlərin siyahısını dərc edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.

    iTicket.az portalı ləğv edilmiş tədbirlərin siyahısını dərc edib, o cümlədən:

    - Basta konserti;

    - Sergey Bezrukov, Leonid Aqutin və Anjelika Varumun konsertləri;

    - "Şelkunçik", "Qu gölü", "Romeo və Cülyetta və Düyməcik" baletləri;

    - "Master və Marqarita" və "Şelkunçik" əsasında flamenko tamaşaları.

    - Stan up "Comedy Club" Jenya Sinyakov;

    - Yumor Fest.

    Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalarına müraciət edə bilərlər.