XƏBƏRLƏR / Qonşular

İran soğan yeməyibsə, görəsən içi niyə göynəyir?

İranın Azərbaycandakı səfirliyi ölkələrinin "hicab etirazı"nda əlləri olmadığını deyir

İran soğan yeməyibsə, görəsən içi niyə göynəyir?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Azərbaycandakı səfirliyi "hicab etirazı"nın iflasa uğradığını görərək, dərhal məsələyə dəstək vermədiyini bəyan etməyə tələsib.

    Səfirliyin bəyanatında deyilir:

    "İran İslam Respublikasının Bakıdakı Səfirliyi hicab məsələlərini İranla əlaqələndirmək üçün qeyri-peşəkar cəhd göstərən Azərbaycan Milli QHT Forumunun uydurma və əsassız iddialarını və ittihamlarını qəti şəkildə rədd edir.

    Səfirlik xarici ölkələrin Azərbaycanın daxili işlərinə qarışmasına yönəlmiş bu cür təşəbbüslərə təəccübünü bildirsə də, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərində lazımsız gərginlik yaratmamağın vacibliyini vurğulayır".