XƏBƏRLƏR / Qonşular

Laçında Azərbaycan və Ermənistan nümayəndələri görüşüblər

İki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

Laçında Azərbaycan və Ermənistan nümayəndələri görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

    Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.