XƏBƏRLƏR / Qonşular

Azərbaycanın atdığı addımları dəstəkləyirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesablarında belə yazıb

Azərbaycanın atdığı addımları dəstəkləyirik
R.T.Ərdoğan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ Azərbaycan ərazisidir. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək".

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesablarında belə yazıb.

    Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Lakin biz görürük ki, Ermənistan bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilməyib.

    Biz Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik.

    Bizim əsas məqsədimiz hər kəsin, o cümlədən ermənilərin Azərbaycan torpaqlarında dinc yanaşı yaşaması olmalıdır.

    “Bir millət, iki dövlət” devizi ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik".