Hindistan ABŞ-ın acığına Çinlə barışıb dostluq edəcək
Hindistanın Baş naziri Narendra Modi Çinin xarici işlər naziri Vanq Yini mehribanlıqla qəbul edib

Çinin xarici işlər naziri Vanq Yi Yeni Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Danışıqlar Hind-ABŞ münasibətlərinin soyuması fonunda böyük geosiyasi dəyişikliyə işarə etdi. Pekin və Yeni Dehli ticarət və işgüzar əməkdaşlığı gücləndirməyə söz verdilər.