Azərbaycan və İran sərhədində yeni avtomobil körpüsü tikilir
Razılıq Şahin Mustafayevlə İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığında əldə olunub
Azərbaycan və İran yaxın 4 ay ərzində Astaraçay üzərində yeni avtomobil körpüsünü istifadəyə verməyi planlaşdırır.
Bu barədə razılıq Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı zamanı əldə olunub.
Astara (Azərbaycan) - Astara (İran) keçid məntəqəsində yeni körpünün tikintisinə ehtiyac mövcud körpünün istifadə müddəti başa çatması ilə əlaqədar yaranıb.
Dördzolaqlı körpünün uzunluğu 97 metr olacaq.