Tehranda ermənilər Azərbaycana qarşı aksiya keçirdilər
Aksiyaya toplaşan ermənilər əllərində "NATO-nun Turan dəhlizinə yox" şüarlar yazılan plakatlar qaldırıblar
Aksiya iştirakçıları Tehranda erməni kilisəsinin önünə toplaşaraq Azərbaycan Respublikasının guya Qarabağı mühasirədə saxladığını iddia edib və etiraz şüarları səsləndiriblər.
İran hökumətinin xeyir-duası ilə keçirilən aksiyada Azərbaycana qarşı şüarlar səsləndirilib, çıxışlar edilib.
Aksiyaya toplaşan ermənilər əllərində "NATO-nun Turan dəhlizinə yox", "Artsaxın mühasirəsinə son verilsin", "Bakının Qafqazdakı hegomonluğuna yox deyirik", "Qafqazda erməni xalqının təhlükəsizliyi təmin edilməlidir" və başqa bu kimi şüarlar yazılan plakatlar qaldırıblar.
Aksiyaçılar qarşısında çıxış edən eməni keşişlər və başqaları İran rəsmilərinin Zəngəzur dəhlizi barədə iddialarını təkrar edib, İrana bununla bağlı mövqeyinə görə təşəkkür ediblər. ("GunAz")