Kobaxidze: Müxalifətin inqilab etmək cəhdi uğursuz oldu
Gürcüstanın Baş naziri hesab edir ki, ölkədə baş verən etiraz aksiyaları səngiyir

"Gürcüstan müxalifətinin ölkədə inqilab təşkil etmək üçün dördüncü cəhdi uğursuzluğa düçar olub", - deyə Baş nazir İrakli Kobaxidze bildirib.
“Bu dörd il ərzində biz dörd inqilab cəhdindən - milli "maydan"lardan keçdik. Bu faktdır.
2022-ci ilin iyununda ilk milli maydan təşkil etmək cəhdi oldu, o zaman bizə [Aİ-yə üzvlük üçün] namizəd statusu verilmədi və xaricdən maliyyələşən QHT-lər hökumətin istefasını və özlərinin hakimiyyətə gəlməsini tələb edərək siyasi səhnəyə çıxdılar.
2023-cü ilin yazında milli "maydan"a ikinci cəhd oldu.
2024-cü ilin yazında üçüncü cəhd oldu və indi biz milli "maydan" təşkil etmək üçün dördüncü uğursuz cəhdin şahidi olduq”, - deyə Kobaxidze brifinqdə deyib.