Berdımuhammedov Orta Dəhlizin İrandan keçməsini təklif edib
Bu barədə o, "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" toplantısında deyib
Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdımuxammedov "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" toplantısında çıxış edərək, Çinlə Avropanı birləşdirən Orta dəhliz marşrutunda iştirak etməyə hazır olduğunu bildirib.
Lakin Berdımuhammedov Türkmənistanın Xəzər sahilindən marşrutu gəmilərlə İrana yönəldiyini təklif edib. O, konkret marşrutu da səsləndirib: Çin-Qırğızıstan-Özbəkistan-İran-Türkiyə-Avropa.
Natiq əlavə edib ki, loqistika nöqteyi-nəzərindən bu ən rahat və sərfəli yoldur.
Daha sonra o, Şimal-Cənub dəhlizini də Xəzərin şərq sahilindən - Türkmənistan limanından İrana yönəltmək təklifi ilə çıxış edib.
Onun çıxışında Azərbaycanın adı çəkilməyib.