XƏBƏRLƏR / Qonşular

BRİKS Qərb sanksiyalarına qarşı birgə hərəkət etməlidir

Bunu İran Prezidenti Məsud Pezeşkian Kazanda BRİKS sammitində bəyan edib

BRİKS Qərb sanksiyalarına qarşı birgə hərəkət etməlidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian BRİKS-i Qərb sanksiyalarına qarşı birgə hərəkət etməyə çağırıb.

    “Qeyri-qanuni Qərb sanksiyalarına qarşı mübarizə kollektiv fəaliyyət və birgə mexanizmlərin tətbiqini tələb edir. Xoşbəxtlikdən, BRİKS dəfələrlə sanksiyalara qarşı olduğunu bəyan edib və bunun bir hissəsi Kazan bəyannaməsində və digər sənədlərdə öz əksini tapıb, lakin gələcəkdə hər hansı bir ölkənin başqalarına qarşı sanksiyalar tətbiq etmək cəsarəti və imkanlarının olmaması üçün əməli tədbirlər görülməlidir”, - İran Prezidenti Pezeşkian Kazanda keçirilən BRİKS sammitinin iclasında deyib (İran prezidentinin saytı).

    BRİKS dövlətlərarası assosiasiyadır, beş dövlətin birliyidir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika. 24 avqust 2023-cü ildə İran, BƏƏ, Misir, Efiopiya və Səudiyyə Ərəbistanı da assosiasiyaya qoşulub.