XƏBƏRLƏR / Qonşular

Meğridə ermənilərin azərbaycanlılar "gözlərinə görünüb"

Ermənistan Milli Təhlükəsizlik Xidməti panikanın qarşısını almaq üçün şayiəni təkzib etməyə məcbur olub

Meğridə ermənilərin azərbaycanlılar "gözlərinə görünüb"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Yayılan məlumat tamamilə dezinformasiyadır!"

    Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistandakı iddia edilən azərbaycanlılar haqqında təkzib yayıb.

    MTX-nın məlumatında deyilir: "Bizim məlumata görə, bir vətəndaş naməlum şəxsləri gördüyünü və onların suallardan yayınaraq qaçdığını bildirib".

    Bu məlumatın nəticəsi olaraq araşdırmalar aparılır, lakin hələlik naməlum şəxslərin kimliyi, o cümlədən xəbərin özünün doğruluğu ilə bağlı qəti məlumat yoxdur. Öz əsgərlərimizin özbaşına hərbi hissələrini tərk etməsi ehtimalı da daxil olmaqla müxtəlif versiyalar nəzərdən keçirilir."

    Ermənistan mediasında Meğri rayonunda naməlum şəxslərin axtarıldığı barədə şayiələr yayılır. "News24" saytı xəbər verir ki, dünən gecədən bəri Meğri yaxınlığında üç şübhəli "azərbaycanlını" hətta dronlar vasitəsiylə axtarırlar. Axtarışa güya Rusiya sərhıdçiləri də qoşulub.