XƏBƏRLƏR / Qonşular

İranın daxili işlər naziri İskəndər Mömini Bakıya səfər edib

Bu barədə İran mətbuatı xəbər verir

  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın daxili işlər naziri İskəndər Mömini azərbaycanlı həmkarının rəsmi dəvəti ilə Bakıya səfər edib - İRNA.

    İran Daxili İşlər Nazirliyinin informasiya mərkəzinin bazar ertəsi yaydığı açıqlamaya görə, Mömini səfəri zamanı Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və digər Azərbaycan rəsmiləri ilə görüşməyi planlaşdırır.

    İran nümayəndə heyətinə Milli Fövqəladə Halların İdarə Edilməsi Təşkilatının rəhbəri, Ərdəbil və Gilan əyalətlərinin qubernatorları, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının üzvü və Daxili İşlər Nazirliyinin iki müşaviri daxildir.