"Sərhəddə eskalasiya Azərbaycandan çox Rusiyadan asılıdır"
Bunu ErmənistanTəhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib
Azərbaycanla sərhəddə eskalasiya Azərbaycanın özündən daha çox Rusiyadan asılıdır. Bunu İctimai Televiziyaya müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan-Azərbaycan sərhədində mümkün eskalasiyanın səbəbləri ilə bağlı son bəyanatını şərh edərkən deyib.
Zaxarova bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin mümkün gərginləşməsi “yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Böyük Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır”.