Hərbi cani Robert Köçəryan Ermənistandan qaçıb?
Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan məsələyə aydınlıq gətirib
Ermənistanın “Hraparak” qəzeti bu gün, Ermənistanın ikinci prezidenti hərbi cani Robert Köçəryan uzun müddətdir ki, Avropada olduğunu yazıb.
Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan məlumatı şərh edərək, aşağıdakıları qeyd edib:
“Xatırladaq ki, ötən ilin dekabrında ikinci prezidentin vəkilləri onun xaricdə müalicə olunmaq üçün ölkədən çıxmasına icazə almaq üçün məhkəməyə müraciət etmişdilər. Məhkəmə vəsatəti rədd edib. Və yalnız bu səbəbdən prezident iddia müddətinin bitdiyini əsas gətirərək işin dayandırılmasına razılıq verib. İkinci prezidentin vəkili məsələ ilə bağlı aydın izahat verib.
Bəli, bir müddətdir xaricdə olub. Səyahət şəxsi və yalnız yuxarıda göstərilən məqsədlər üçündür.
Xüsusilə vurğulamaq istərdim ki, prezident fraksiya üzvləri ilə daim təmasdadır”.