İranlı deputat İsrailin Bakıdakı səfirliyinə hücuma çağırıb
Deputat bu çağırışı açıq-aşkar X sosial şəbəkəsindəki hesabında edib
İranlı deputat Rəşid Kouçi Dəməşqdəki konsulluğa hücuma görə X sosial şəbəkəsində İsrailin Azərbaycandakı səfirliyinə hücuma çağırıb:
“Sionistlərin İran torpağına hərbi hücumuna istənilən başlıq altında qəti və bənzər cavab verməkdə süründürməçilik, səbir və gecikmə İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir.
Mənim təklifim odur ki, sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərindən birini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaqdır”, - deputat Kouçi yazıb.