XƏBƏRLƏR / Qonşular

Türkiyə ordusu şəhid verdi

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyə ordusu şəhid verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanvarın 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının keçirdiyi sızma cəhdi nəticəsində çavuş Səməd Aslan şəhid olub: “Bir qəhrəman silahdaşımız isə yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb”.

    Hazırda 2022-ci ilin aprelindən başlayan əməliyyatlar davam etdirilir.