İran Prezidenti Rəisi Nikol Paşinyana sərt iradlar bildirib
Bu barədə İRNA agentliyi xəbər yayıb
Söhbət zamanı İbrahim Rəisi Paşinyanın Qafqazdakıvəziyyətlə bağlı telefon məlumatına cavab olaraq bildirib ki, istənilən geosiyasi dəyişiklik və regionun sərhədləri bizim qırmızı xəttimizdir.
Rəisi həmçinin bildirib: 3+3 formatından başqa hər hansı əcnəbi ilə əməkdaşlıq, onlarla təlimlər keçirmək və şübhəli səfərlər vəziyyəti daha da çətinləşdirəcək. İran problemin həllində hər iki tərəfə kömək etməyə hazırdır.
“Armenian News” saytının məlumatına görə, İran Prezidenti ilə Ermənistanın baş naziri telefon danışığı zamanı regional hadisələr, o cümlədən İrəvanla Bakı arasında son gərginlik barədə danışıblar.
Nikol Paşinyan İran Prezidentinə Azərbaycan Prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu bildirib.