XƏBƏRLƏR / Qonşular

İranın Ermənistandakı səfiri nazir müavini oldu

Mehdi Sübhani İrəvandan verdiyi anti-Azərbaycan bəyanatları ilə yadda qalıb

İranın Ermənistandakı səfiri nazir müavini oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Ermənistandakı səfiri nazir müavini oldu

    Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Ermənistandakı səfiri Mehdi Sübhanini Xarici İşlər Nazirliyinin inzibati və maliyyə məsələləri üzrə müavini təyin edib.

    Diplomat karyerası ərzində Sübhani müxtəlif vəzifələrdə çalışıb. O, İranın Ermənistan və Suriyadakı səfiri, Kəraçidə Baş konsulu, Ukrayna və Türkmənistanda səfir müavini olub.

    Bundan başqa, Xarici İşlər Nazirliyinin Strategiya İdarəsinin rəisi və Qərbi Asiya İdarəsinin rəisinin müavini vəzifələrini icra edib. (Tasnim News)