XƏBƏRLƏR / Qonşular

Qonşu Dağıstanda əhali elektriksiz qalıb

Bunun pis hava şəraiti səbəbindən baş verdiyi deyilir

Qonşu Dağıstanda əhali elektriksiz qalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dağıstanlılar pis hava şəraiti səbəbindən işıqdan məhrum olublar. Respublikanın bir sıra rayonlarında işıqların kəsilməsi baş verib. Mütəxəssislər problemi aradan qaldırmaq üçün çalışırlar.

    Dağıstanın 38 mindən çox sakini əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisindən məhrum olub, - Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yazır.

    Nazirlikdən bildirilib ki, 4 bələdiyyənin 68 yaşayış məntəqəsi işıqsız qalıb.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, elektrik enerjisinin verilişi yağış və qar şəklində yağan güclü yağıntı səbəbindən kəsilib. Bundan başqa, onlarla sosial əhəmiyyətli obyekt də elektrik enerjisindən məhrum olub.

    Vurğulanır ki, "Rosseti Severnıy Kavkaz" - "Dagenerqo" mütəxəssisləri hazırda  problemın aradan qaldırılmasına çalışırlar.