İran Azərbaycanla sərhəddə terminal tikir
Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Əmani bildirib
İran Azərbaycanla sərhəddə terminalın tikintisinə başladığını elan edib. Bu barədə "İrna" İranın yollar və şəhərsalma nazirinin müavini Əmaniyə istinadən məlumat yayıb.
“İran və Azərbaycan Kəlalə–Ağbənd sərhəd terminalını (Azərbaycanın cənub-qərbində, Zəngilan rayonunda) tikməkdə qərarlıdır. İran sərhəd terminalı tikib, Azərbaycan isə Araz çayı üzərində körpü tikir. Bu layihə bu ilin əvvəlində (21 mart 2024-cü il) başlayıb. İslam Respublikası bu layihə üçün 95 milyon dollar ayırıb”, – deyə nazir müavini İran–Azərbaycan sərhədində terminalın tikintisi sahəsinə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Araz keçid məntəqəsi və Kəlala–Ağbənd sərhəd terminalı tikildikdən sonra Azərbaycanın tranzitinin böyük hissəsinin bu marşrut üzrə həyata keçiriləcəyi gözlənilir.