İran Ermənistanla sərhəddə yol çəkir FOTO
Hazırda bu istiqamətdə tunelin qazılmasına başlamaq üçün partlayış işləri aparılır
Ermənistan KİV-ləri xəbər verir ki, Ermənistan ərazisində şimal-cənub nəqliyyat dəhlizinin keçdiyi Kəkəran-Ağarak avtomobil yolunun İranla sərhəddə yerləşən 32 kilometrlik hissəsində tikinti işləri davam etdirilir.
Məlumata görə, hazırda bu istiqamətdə tunelin qazılmasına başlamaq üçün partlayış işləri aparılır.
Bildirilib ki, bu hissə İran şirkətləri tərəfindən tikilir.