ABŞ Ermənistanda təhlükəsizliyə nəzarət edəcək FOTO
Bu barədə USAID agentliyinin rəhbəri Samanta Pauer bildirib
USAID 20 milyon dollarlıq büdcə ilə Ermənistanda kiber, enerji və sərhəd təhlükəsizliyinə nəzarət etməyi, mürəkkəb təhdidlərə və çağırışlara davamlılığı artırmağı planlaşdırır. "USAID İnformasiya Dürüstlüyü və Dayanıqlılıq Təşəbbüsünə əlavə 600.000 ABŞ dolları ayırdığını elan edib," - deyə agentliyin rəhbəri Samanta Pauer bildirib.
O, Ermənistana dəstəyi müzakirə etmək üçün Brüsselə səfər edəcəyini açıqlayıb. Bir az əvvəl USAID-in Ermənistandakı büdcəsi 120 milyon dollardan 250 milyon dollara qədər artırılıb.