XƏBƏRLƏR / Qonşular

Paşinyan Ərdoğanla görüşmək üçün Türkiyəyə gedir

Bu barədə erməni mətbuatı xəbər yayıb

Paşinyan Ərdoğanla görüşmək üçün Türkiyəyə gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün iyunun 20-də Ankaraya gedəcək.

    Bu barədə Ermənistanın 24 News.am saytı məlumat yayıb.

    Məlumata görə, liderlər Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcək.

    Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, səfərlə bağlı rəsmi məlumat əldə etmək üçün baş nazirin bütün beynəlxalq səfərləri ilə bağlı lazımi məlumatların vaxtında verildiyini bildirib.