XƏBƏRLƏR / Qonşular

Sahibə Qafarova və Alen Simonyan növbəti dəfə görüşəcəklər

Bunu Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons bildirib

Sahibə Qafarova və Alen Simonyan növbəti dəfə görüşəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabr ayında Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında növbəti görüş keçiriləcək.

    Bunu Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons bildirib.

    Qeyd edilib ki, görüşdə regionda sülh səyləri müzakirə olunacaq.

    Tomas Fitzsimons deyib ki, Parlamentlərarası İttifaqın 149-cu Assambleyası 13-17 oktyabr tarixlərində keçiriləcək. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin dəqiq görüş tarixi hələ məlum deyil.

    Ermənistan parlamentinin mətbuat katibi Movses Arutyunyan da məlumatı təsdiqləyib.