XƏBƏRLƏR / Qonşular

Azərbaycan Gürcüstanın xüsusi dostudur

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Birinci Kanalına müsahibəsində deyib

Azərbaycan Gürcüstanın xüsusi dostudur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Azərbaycan Gürcüstanın xüsusi dostudur.

    "Mən Türkmənistanda Azərbaycanın Baş naziri ilə çox səmimi görüş keçirdim. Ümumilikdə, Azərbaycan bizim xüsusi dostumuzdur; hökumətlərimiz olduqca dost münasibətləri qurublar və buna görə də hər hansı bir məsələdə ortaq məxrəc tapmaqda çətinlik çəkməyəcəyik", - deyə Kobaxidze Gürcüstanın Birinci Kanalında yayımlanan "Aktual Mövzu –  Maka Tsintsadze ilə Birlikdə" verilişində bildirib.

    Kobaxidzenin sözlərinə görə, danışıqlar zamanı Azərbaycandan Gürcüstan üzərindən tranzit formatı müzakirə olunub.

    "Bizim üçün Azərbaycan tərəfinin, eləcə də Ermənistan tərəfinin maraqları tamamilə məqbuldur. Bizim də öz maraqlarımız var və düşünürəm ki, danışıqlar yolu ilə hər üç ölkənin maraqlarını təmin edəcək optimal yolu asanlıqla tapacağıq", - Kobaxidze bildirib.