Paşinyana yaxın KİV: Əskiparadakı mitinq uğursuz oldu
Bu barədə Paşinyana yaxın "Respublika Armeniya" Teleqramm kanalı yazır
Paşinyana yaxın "Respublika Armeniya" Teleqram kanalı bu gün "Azərbaycana bir qarış torpaq verilməsin!", "Son damla qanımızadək vuruşacağıq!" və s. şüarlarla Əskipara kəndində keçirilən mitinqi uğursuz hesab edir.
Kanal yazır: "Voskepardakı mitinq uğursuz nəticələndi. Voskeparı həyatlarında ilk dəfə görən Qarabağdan olan müğənnilər, cinayətkar Qarabağ klanının nümayəndələri və müxalifətçilər çıxış ediblər. Mitinqdə insanların daha çox görünməsi üçün Köçəryan və Vanetsyan kəndə 30 operator gətirib. Budur ümummilli adlandırdığınız mitinq?!".