İranda başlayan etirazlarda 5 müəllim və 22 tələbə öldürülüb
Yenidən alovlanan etirazlar barədə “İran İnternational” xəbər verir YENİLƏNIB/FOTO
16:00
İranda yenidən başlayan etirazlar zamanı 5 müəllim və 22 tələbə öldürülüb - İran İnternational

Universitet tələbələri şüarlar səsləndirirlər: "Universitet Əryamehr adlanır; Şərif artıq aktual deyil."

Bu universitet Şah Rza Pəhləvi tərəfindən inşa edilib. Şahı həm də Əryamehr (Arilərin Günəşi - ANSPress) deyə çağırırdılar və əvvəlcə onun şərəfinə Əryamehr Universiteti adlandırılıb. 1979-cu ildə mollalar universitetin adı dəyişərək Şərif adlandırılıblar.

***
10:53
Bu gün Tehran və Məşhədin böyük universitetlərində tələbə etirazları başlayıb.
Nümayişçilər “Xameneiyə ölüm!” və “Azadlıq!” kimi hökumət əleyhinə şüarlar səsləndiriblər.

Bəzi iştirakçılar açıq şəkildə ABŞ-ı "başladıqlarını bitirməyə" səsləyərək, İranı vurmağa çağırdılar.
1 dəqiqədən az