Tehran-Bakı iqtisadi əməkdaşlığı gücləndirilməlidir
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tehran Dialoq Forumunda deyib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tehran Dialoq Forumunda deyib: "Biz Avrasiya regionunda xoşbəxt ölkəyik. Bizim üçün Türkiyə, Rusiya və İran var və çoxtərəfli əməkdaşlığı dəstəkləyirik. İslam Əməkdaşlıq Təşkilatını vurğulayırıq, çünki həmrəylik prinsipi bizim üçün vacibdir".
Bu barədə İRNA məlumat yayıb.
O əlavə edib: "Azərbaycan və İran iqtisadi əməkdaşlıq etməli və ikitərəfli əlaqələri gücləndirməlidir. Bizim gələcəkdə Asiyada etimadın möhkəmləndirilməsi üzrə konfransımız olacaq və biz Azərbaycanın geosiyasi mövqeyini qoruyub saxlamağa çalışırıq".
Hacıyev bildirib: “Bizim Qara dənizlə əlaqəmiz var və ondan istifadə edə bilərik. Azərbaycanın tarixi keçmişi var və biz birlikdə tərəfdaşlıq üçün modellər yarada və dizayn edə bilərik".
O, vurğulayıb: “Kiminsə bizim üçün nizam yaratmasına imkan verməməliyik və biz özümüz firavanlıq, inkişaf haqqında düşünməliyik".
"İqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün hansı planları var?" sualına cavab verən Hikmət Hacıyev belə deyib: "Biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik. Bizim xüsusi dəmir yolu xəttimiz olmalıdır və birlikdə işləməliyik. Biz birgə əməliyyatlar aparmalıyıq. Özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmağa çalışmalıyıq və həyata keçirilə bilən layihələri müəyyənləşdirməliyik".
O, Fələstindəki soyqırımla bağlı bunları deyib: "İslam Əməkdaşlıq Təşkilatı bizim mövcud olan ən mühüm qurumdur. Azərbaycan da ədalətə əsaslanan həmrəyliyə önəm verir. Biz imkanlarımız əsasında humanitar problemləri həll etməyə çalışırıq".
Azərbaycan Prezidentinin köməkçisi Azərbaycan və Ermənistan arasında sülh sazişi barədə deyib: "İndi bunun (sülh) ən yaxşı və ən sabit vaxtıdır. Bölgədə şahidi olduqlarımız, əldə etdiklərimiz azərbaycanlıların qanı ilə olub. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlərə yer olmamalıdır. Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir. Biz yaxşı nəticələr əldə etdik və məsələlərin sərhədlərini müəyyən etdik. Sərhəd işğalla müəyyən edilmir. Biz bilirik ki, konstitusiya hər bir olkənin daxili işidir, bu şərtlə ki, başqa ölkə üçün təhlükə yaratmasın. Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı iddia var ki, Ermənistanın konstitusiyasından bu maddə çıxarılmalıdır. Ümid edirik ki, hərbi qüvvələr öz bazalarına qayıdacaqlar. Onların mövcud olmasına ehtiyac yoxdur. Təəssüf ki, xarici qüvvələr öz nöqteyi-nəzərini tətbiq etməyə çalışırlar".