XƏBƏRLƏR / Qonşular

İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar.