Kremlin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Putinə zəng edib.
“2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün məlum sazişlərin həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı addımlar və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması məsələsi nəzərdən keçirilib.
Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətin müzakirəsi zamanı Vladimir Putin bütün yaranan məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətində həllinin vacibliyini vurğulayıb”, - deyə Vladimir Putinin mətbuat xidməti bildirib.