XƏBƏRLƏR / Qonşular

Ermənistan və Hindistan müdafiə sənayesini müzakirə edirlər

Bu barədə Ermənistan mediası xəbər verir

Ermənistan və Hindistan müdafiə sənayesini müzakirə edirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan və Hindistan müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

    Ermənistan Yüksək Texnologiyalar Sənayesi nazirinin birinci müavini Mantaşyan və Hərbi-Sənaye Komitəsinin sədri Civanyan Hindistan Müdafiə Nazirliyinin Müdafiə İstehsalı Departamentinin katibi Saticin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

    Tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını, işgüzar əlaqələrin inkişaf etdirilməsi üçün mümkün yolları və iki ölkənin müdafiə sənayesi müəssisələri arasında praktiki qarşılıqlı əlaqələri müzakirə ediblər.

    Tərəflər, həmçinin birgə tədqiqat proqramlarının həyata keçirilməsinin və istehsal potensialının inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.