Erməni "avtoş" maşın nömrəsini Azərbaycan bayrağı ilə örtdü
Polis qapalı nömrələrlə yarışan “patriotu” İrəvanda saxlayıb

İnternetdə baqajının altından Azərbaycan bayrağı olan avtomobili əks etdirən şəkillər yayılıb. Sürücü İrəvan küçələrində "avtoşluq" edərək, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq, maşının nömrəsini bu üsulla gizlətmək istəyib.
Ermənistan mediası bu barədə belə yazır: "Polis qapalı nömrələrlə yarışan “patriotu” saxlayıb. Məlum olub ki, o, Azərbaycan bayrağı ilə “daşnaksayağı” hərəkət etmək istəyib, lakin tez-tez olduğu kimi, bu “gicbəsərsayağı” üslubuna daha çox uyğundur".