XƏBƏRLƏR / Qonşular

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir FOTO

Prezidentin Mətbuat Xidməti xəbər verir YENİLƏNİB

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir FOTO
Arxiv
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 12:05

    Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.

    Söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.

    Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.

    Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.

    Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildiriblər, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazıb.

    ***

    11:10

    Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

    Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

    Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.



    ***

    10:55


    Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

    Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

    ***

    10:47

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

    Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub.

    Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.


    ***

    10:29

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib.

    Bu barədə Gürcüstan mediası xəbər verir.

    Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.