Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb
Bu barədə Nazirlər Kabineti məlumat verir
Baş nazir Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Qeyd edək ki, son zamanlar iki ölkə arasında Azərbaycan yükdaşıyıcıları və dəmir yolu tarifləri ilə bağlı bir sıra problemlər yaranmışdı.
1 dəqiqədən az