Türkiyədə terrorçu ələ keçirildi
Meliha Aktaş Sarıyer barədində 9 illik həbs cəzası var
Türkiyə Milli Kəşfiyyat İdarəsi və polis orqanları İstanbulda birgə əməliyyat keçirib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində haqqında DHKP/C terror təşkilatının üzvü Meliha Aktaş Sarıyer ələ keçirilib.
Onun haqqında 9 illik həbs cəzası qəbul olunub.
Qeyd edək ki, (DHKP) İnqilabçı Xalq Qurtuluş Partiyası marksist-leninçi ideologiyanı təbliğ edir. Təşkilatın məqsədi Türkiyədə hakimiyyət dəyişlikliyinə nail olmaqdır. Qruplaşma indiyə kimi Türkiyə daxilində bir neçə dəfə terrora cəhd edib.