XƏBƏRLƏR / Qonşular

Türkiyədə toyda aşdan kütləvi zəhərlənmə olub

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyədə toyda aşdan kütləvi zəhərlənmə olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə 72 nəfər toyda verilən toyuqlu aşdan zəhərlənib.

    Bu barədə "TRT Haber" məlumat verir.

    Qeyd olunub ki, hadisə Trabzonun Ortahisar rayonunda bəy evində keçirilən toyda baş verib.

    Belə ki, toyda paylanılan toyuqlu aşdan yeyən qonaqlar bir müddət sonra özlərini pis hiss etməyə başlayıblar. İlkin tibbi yardım alan vətəndaşlar Sürmənə dövlət xəstəxanasına və ətraf rayondakı tibb müəssisələrinə yerləşdiriliblər. Onlara müvafiq köməklik göstərilib. Faktla bağlı araşdırma aparılır.