XƏBƏRLƏR / Qonşular

İrəvan təhlükəli Metsamor AES-i 2036-cı ilədək işlədəcək

Bu barədə "Vətəndaş Müqaviləsi" fraksiyasından olan parlament üzvü Arman Yeqoyan bəyanat verib

İrəvan təhlükəli Metsamor AES-i 2036-cı ilədək işlədəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Metsamor nüvə elektrik stansiyasını 2036-cı ilə qədər işlətməyi planlaşdırır.

    Bu barədə "Vətəndaş Müqaviləsi" fraksiyasından olan parlament üzvü Arman Yeqoyan İlham Əliyevin Ermənistan Atom Elektrik Stansiyasının region üçün təhlükə yaratdığı və bağlanmalı olduğu barədə iddiasına münasibət bildirərkən bildirib.

    Yeqoyan qeyd edib ki, Ermənistan həmçinin bir sıra beynəlxalq tərəfdaşlarla yeni nüvə elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır.